2009 - İdeya sizdən - dəstək bizdən
Texnopolis programının ilk efiri!

Texnopolis programının ilk efiri!

13 Fevral 2018

Azercellin baş sponsorluğu ilə Asan Radio və Barama medianın birgə layihəsi olan Texnopolis 13 fevral 18.00 da ilk efirinə start verir. Proqramda əsasən texnologiya mövzuları müzakirə ediləcək və bu sahədə Azərbaycanda ixitisaslaşmış şəxslərlə müsahibələr aparılacaq. Eyni zamanda efir ərzində müxtəlif sujetlərlə dünyanın texnoloji trendlərindən, uğur tarixcələrindən söhbət açılacaq. Texnopolisin əsas məqsədi insanları bu sahədə maarifləndirmək və texnologiya bələdçisi olmaqdır. Veriliş hər çərşənbə axşamı 18.00 da efirdə olacaq.

Apaparıcılar: Aynur Kərimova və İmran Bağırov

Verilişin mövzusu: Mobil tətbiqlərin gündəlik həyatımızda rolu

Qonaqlar:  Asan Radionun rəhbəri Emin Musəvi

Verilişin qonaqları ATL info tech şirkətinin icraşı direktoru Vurğun Hacıyev

Veb proqramlaşdırma və informasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Əliyevdir.

İlk efirin proqramını təqdim edirik:

  • Asan Radionun icraçı direktoru Emin Musəvinin müsahibəsində yeni layihə “Texnopolis” haqqında ən dəqiq və yeni fikirləri eşidəcəksiniz.
  • ATL info tech şirkətinin icraşı direktoru Vurğun Hacıyev ölkəmizdə texnologiya sahəsinin və mobil tətbiqlər bazarının ən son inkişaf istiqamətlərindən danışacaq.
  • İlk tətbiqlər nə zaman meydana gəlib? Appların kəşfindən onların bu günə qədər həyatımızın bir parçası olması prosesi necə baş verib? Müxbirimiz Əfsanə Salehovanın reportajında bu suallara cavab tapacayıq.
  • Veb proqramlaşdırma və informasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Əliyev mobil tətbiqlərin yaradılması və onların uğurlu olmasından danışır.
  • Mobil tətbiqlər həyatımızın bir parçasına çevrilə bilib. Onlar gündəlik problərimizin həll olunmasına yardımçı ola bilərmi? Bakı sakinlərinə bu sualla müraciət etmişik: Hansı mobil tətbiqlərdən istifadə edirsininiz?
  • Amerikalı sahibkar, Linkedin social şəbəkəsinin qurucusu Rid Hofmanın tarixçəsinə müxbirimiz Pakizə Rüstəmlinin “Uğur tarixçəsi” rubrikasında nəzər salırıq.

 

 

 

Oxşar Məlumatlar

“Science via Media” layihəsinin mükafatlandırma mərsimi baş tutmuşdur!
19 Fevral 2018
“Science via Media” layihəsinin mükafatlandırma mərsimi baş tutmuşdur!
Ətraflı
Qaliblərin seçimi başladı!
12 Fevral 2018
Qaliblərin seçimi başladı!
Ətraflı
“Kiçik sahibkarlığa böyük addımlarla” adlı seminar keçirilib
06 Fevral 2018
“Kiçik sahibkarlığa böyük addımlarla” adlı seminar keçirilib
Ətraflı