2009 - İdeya sizdən - dəstək bizdən
TechSOS

TechSOS

  • Təsis olunma ili: Yanvar 2017

Ətraflı məlumat

Erkən yardımın çatdırılması üçün mobil tətbiqdən və cihazdan ibarət olan TechSOS proyektini yaratdıq. Yıxılma problemi yaşayan insanı bir neçə nəzarətçi izləyə bilər və bunun üçün mobil tətbiqdə nəzarətçi kimi qeydiyyatdan keçməlidir. Cihaz yıxılmanı təyin edir və kəmər nahiyyəsinə taxılmalıdır. Xəstə insan yıxılma zamanı ona nəzarət edən şəxslərə xəbərdarlıq göndərmək üçün əvvəlcədən mobil tətbiqdə istifadəçi kimi qeydiyyatdan keçib cihaza bluetooth vasitəsi ilə bağlanmalıdır. Belə ki yıxılma zamanı cihaz yıxılma haqqında məlumatı bluetooth vasitəsi ilə telefona göndərdikdən sonra. mobil tətbiq yıxılma məlumatı və cari yerinin koordinatları nəzarət edən şəxslərə göndərir. Əgər yıxılma baş verməyibsə lakin istifadəçi hər hansı bir hadisə ilə bağlı köməyə ehtiyacı varsa bu zaman cihaz üzərinədəki düymədən istifadə edərək nəzarətçilərə xəbərdarlıq göndərə bilər. Digər tərəfdən istifadəçinin müəyyən vəziyyətlə bağlı olaraq cihaza əli çatmırsa mobil tətbiqdə yerləşdirilmiş düymədən istifadə edərək kömək çağıra bilər. Nəzarətçi istənilən vaxt izlədiyi şəxsin yerini təyin edə və yıxılma ilə bağlı tarixçəyə baxa bilər. İstifadəçi nəzarətçilərin sayını artırıb azalda bilər.