2009 - İdeya sizdən - dəstək bizdən
Məktəblilər üçün ödənişsiz “Coding Kids – Summer Course” layihəsi uğurla həyata keçirildi

Məktəblilər üçün ödənişsiz “Coding Kids – Summer Course” layihəsi uğurla həyata keçirildi

31 Avqust 2017 Announcements

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə ödənişsiz həyata keçirdiyi Barama Junior Academy “Summer IT school”  layihəsinin dərsləri artıq başa çatıb. 31 avqust tarixində Boulevard Hotel Baku-da mükafatlandırma mərasimi keçirilib və 50 nəfər məktəbliyə sertifikat təqdim olunub.

Hal-hazırda texnologiyaların inkişafı və artımı ilə iqtisadiyyatda baş verən sürətli dəyişikliklərə uyğunlaşmaq üçün rəqəmsal savadlılığa yiyələnmək başlıca rol oynayır. Bunu nəzərə alaraq məktəblilər üçün “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edib. 15 iyul-25 avqust tarixlərində baş tutan layihədə 50 məktəbli iştirak edib. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar.

“Coding Kids – Summer IT School” layihəsi çərçivəsində 9-11 və 12-15 yaşlı məktəblilər üçün həftədə 3 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən dərslər aparılıb. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib.  

Oxşar Məlumatlar

“Science via Media” layihəsinin mükafatlandırma mərsimi baş tutmuşdur!
19 Fevral 2018
“Science via Media” layihəsinin mükafatlandırma mərsimi baş tutmuşdur!
Ətraflı
Texnopolis programının ilk efiri!
13 Fevral 2018
Texnopolis programının ilk efiri!
Ətraflı
Qaliblərin seçimi başladı!
12 Fevral 2018
Qaliblərin seçimi başladı!
Ətraflı